Tanınmış hakim ikinci qrup əlillə bağlı müraciət etdi – FOTOLAR

  • By admin
  • 15 Avqust 2016 16:53

alil-4

“Neftçi” futbol klubunun sadiq azarkeşlərindən olan Xanbaba Daşdı ikinci qrup hərbi əlildir. Bakı İdarəetmə və Texnologiya Kollecinin 3-cü kurs tələbəsidir. Ehtiyacı olduğu üçün klublara işə düzəlməsilə bağlı müraciət edib”.

Gununsesi.info-nun məlumatına görə, bunu tanınmış futbol hakimi Tahir Süleymanov öz “Facebook” statusunda yazıb.

“Dostlar arasında kimin imkanı varsa, gənc, vətənini sevən, iş qabiliyyyəti yüksək olan Xanbaba Daşdıya iş şəraitinin həll olunması üçün köməyinizi əsirgəməməyi rica edirəm. Allah yolunda qayğı göstərmək, insanlıq adına şərəfli bir addımdır”-deyə, o, daha sonra qeyd edib.

alil-1

alil-2

alil-3

Gununsesi.info