Tanınmış firma maşınlarını Çindən geri alır - FOTO

Tanınmış firma maşınlarını Çindən geri alır

bmv

“BMW” Çindən 193 min 611 avtomobilini geri çağırıb.

Gununsesi.info Türkiyənin “Dünya” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi avtomobillərdəki bəzi qüsurları göstərilib. Çinin keyfiyyətə nəzarət və karantin müfəttişliyi “BMW” markalı avtomobillərin hava yastığında problem olduğu barədə məlumat verib.

Məlumata görə, geri qaytarılması üçün çağırılan avtomobillin168 min 861 “BMW” 120i, 130i, 316i, 320i, 325i, 330i, 335i, X1, X3, X5, X6 və M3 modelləridir. Bu avtomobillər 2005-ci ilin 9 dekabr və 23 dekabr 2011-ci illər aralığında istehsal edilib.

Avtomobillərin geri qaytarılmasına avqust ayından başlanılacaq.

Avtomobil istehsalçısı məhsullarındakı qüsurları ödənişsiz olaraq aradan qaldıracağına dair söz verib.

Anar

Gununsesi.info

COMMENTS