Tanınmış azərbaycanlı jurnalist vəfat etdi

  • By admin
  • 04 Fevral 2020 10:26

Jurnalist Cavanşir Cahangirov vəfat edib.

Gununsesi.org  bu barədə APA-ya istinadən məlumat verir.

Onun sözlərinə görə, uzun müddət xəstəlikdən əziyyət çəkən atası bu gün səhər saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı.

Allah rəhmət eləsin!

Gununsesi.org