Tanınmış jurnalistlər internet tv açdı – “LAF” RESPUBLİKA GÜNÜNDƏ YAYIMDA OLACAQ / ÖZƏL

  • By admin
  • 20 May 2020 11:57

İki tanınmış jurnalist – Ləman Ələşrəfqızı və Afət Telmanqızı yeni internet kanalı qurur.

Bu barədə Gununsesi.org-a daxil olan xəbərdə bildirilir.
Məlumata görə, internet tv-nin yayımı üçün bütün texniki işlər başa çatdırılıb.
Saytımıza açıqlamasında xəbəri təsdiq edən Ləman Ələşrəfqızı kanalın adını da söyləyib: “Kanalımız “LAF” TV adlandırılacaq. Tamaşaçılarla görüşə mayın 28 də – Respublika Günü gələcəyik”, – deyə o bildirib.