Tanımadığı şəxs ona narkotik vasitə təklif etdi - Azadlığından oldu

  • By admin
  • 05 Avqust 2016 12:30

sahin

 

Abşeron rayon sakini 37 yaşlı Şahin Qəhrəmanov istirahətdə olarkən azadlığından olub.

Gununsesi.info xəbər verir ki, saxlanılan Ş.Qəhrəmanovun  sözlərinə görə Nabranda olarkən restorantların birində bir şəxslə tanışı olub. Yeyib içən şəxslərin kefləri kök olduğundan tərəflər arasında səmimiyyət yaranmağa başlayıb. Bu zaman Şahinin tanımadığı şəxs ona narkotik vasitə təklif edib. Kefli olan Şahin isə bu təklifi qəbul edib. Daha sonra sözü gedən şəxs Şahinə , istəsən sənə narkotik vasitə tapa bilərəm deyib. Razılıq verən Şahin həmin şəxslə görüşüb. Narkotik vasitəni də götürüb Bakıya qayıdan Ş.Qəhrəmanov , Xırdalan şəhərinə gəlib. Özünün dediyinə görə Avtomobili xarab olduğundan onu təmir etmək üçün maşınına baxış keçirib. Elə bu zaman Abşeron rayon polis idarəsinin əməliyyatçıları ona yaxınlaşaraq idarəyə gətiriblər.Artıq faktla bağlı Abşeron rayon polis idarəsinin də Ş.Qəhrəmanov barəsində cinayət işi başlanıb araşdırma aparılır.

 

Gununsesi.info