Taksi “Mercedes”lə toqquşdu – Foto

  • By admin
  • 25 Noyabr 2016 20:23

170416_src

 

Bu gün axşam saatlarında Salyan şəhərinin Mirbağırağa və Ə.Kürçaylı küçələrinin kəsişməsində “Mercedes-C” və taksi kimi fəaliyyət göstərən VAZ-2106 markalı avtomaşınlar toqquşub.

Gununsesi.info-nun Virtulaz.org-a istinadən məlumatına görə, toqquşmadan sonra VAZ-2106 idarəetməni itirərək həm də yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində “Jiquli”nin sürücüsü, 1971-ci il təvəllüdlü Salahov Hikmət Sabir oğlu və sərnişini – 1991-ci il təvəllüdlü Salyan şəhər sakini Cəfərov Rəvan Fəttah oğlu xəsarət aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Sürücü sol bazu sümüyünün qapalı-qəlpəli və sol mil sümüyünün sınığı xəsarətləri aldığından üzərində əməliyyat keçirələcəyi gözlənilir. Sərnişin Rəvan Cəfərov ambulator müalicəyə buraxılıb.

Hadisə ilə bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 

Gununsesi.info