Təzə vitse-spiker bu suallardan əsəbiləşdi

  • By admin
  • 01 Aprel 2020 11:43

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli Tofiq Yaqublunun həbsi ilə bağlı suala cavab vermək istəməyib.

Gununsesi.org xəbər verir ki, əməkdaşımızın bu yöndə sualı vitse-spikeri əsəbiləşdirib.

“Belə mövzulara görə mənə niyə zəng edirsiz? Tofiq Yaqublunun həbs olunmasına münasibəti məndən niyə soruşursunuz axı? Heç dəxli var. Gedin bununla bağlı hüquqşünasa zəng edin, o da danışsın. Mən hüquqşünas-zadam?”

Həmçinin, vitse-spikerin Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər ianə etdiyini də öyrənmək mümkün olmayıb. F.İbrahimli dəstəyi asıb.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun fiziki şəxslər bölümündə Fəzail İbrahimlinin adının olmaması diqqət çəkib.

Gununsesi.org