Təyyarənin “qara qutusu” Moskvaya göndərilib

  • By admin
  • 19 Yanvar 2017 14:27

tey
Qırğızıstanda “Türk Hava Yolları”na məxsus “Boinq 747-400” yük təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılması üçün təyyarənin “qara qutusu” Moskvaya göndərilib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarənin “qara qutusu”nun araşdırılması prosesində Türkiyə Mülki Aviasiya Baş İdarəsinin iki mütəxəssisi, eləcə də “ACT” Hava yolları və “Boinq” Şirkətinin nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, yanvarın 16-da səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus “Boinq 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 38 nəfərin həlak olduğu bildirilir.

Anar

Gununsesi.info