Təyyarə qəzasından sağ çıxan şəxs: “30-40 metrlik çuxura düşdük” - VİDEO

  • By admin
  • 06 Fevral 2020 23:37
Türkiyədə baş verən təyyarə qəzasından sağ çıxanlar təəssüratlarını danışıblar.
Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” video yayımlayıb.
Hadisənin şahidi olan sərnişinlərdən biri Alper Qulunun dediklərinə görə, uçuş normal qaydada getməyib.
Onun sözlərinə görə, təyyarə eniş zolağına sərt formada ensə də, stüardessa sərnişinlərə “İstanbula xoş gəldiniz, telefonlarınızı açıb danışa bilərsiniz” deyib. Bundan sonra təyyarə sola doğru əyilib və 30-40 metrlik çuxura düşüb.
Digər yaralı sərnişin Engin Dəmir isə ekipaj üzvlərinin onlara təhlükə barədə xəbərdarlıq etmədiyini deyib:
“Bizə xəbərdarlıq etsəydilər, ehtiyat üçün tədbir görərdik. Qəza baş verəndə yüklərimizi qoyduğumuz qat üstümüzə aşdı, altında qaldıq. Sonra xilasedicilər gəlib arxa hissədən yol açdılar, sürünüb çıxdıq”.