Tərtərdə partlamamış top mərmisi aşkar edilib

  • By admin
  • 06 Avqust 2016 23:06

mermi

 

Bu gün Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb. Agentlikdən Gununsesi.info saytına verilən məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb. Əərazidə qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı 8 avqustda davam etdiriləcək.

Tərtər rayonunun Şıxarx kəndində 2 otlaq sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi, OF-540) aşkar edilərək götürülüb, 1 000 kv.m ərazi yoxlanılıb. Ərazidə qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı 8 avqustda davam etdiriləcək.

Avqustun 6-da 1 əkin sahəsi və 2 otlaq sahəsində, 6 partlayış yerinə baxış keçirilib, 1ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi, OF-540) aşkar edilərək götürülüb, 1000 kv.m ərazi yoxlanılıb.

 

Gununsesi.info