Tərbiyəçi əynini gec geyinən uşağı qəddarcasına döydü – VİDEO

  • By admin
  • 28 Fevral 2020 16:45

Yeddi yaşlı uşaq əynini gec geyindiyi üçün tərbiyəçi tərəfindən qəddarcasına döyülüb.

Gununsesi.org bildirir ki, REN TV-nin məlumatına görə, baş verənlər barədə görüntüləri uşağın atası sosial şəbəkədə paylaşıb.

Atanın sözlərinə görə, prokurorluğa, Daxili İşlər Nazirliyinə və İstintaq Komitəsinə dəfələrlə bu mərkəzlə bağlı şikayətlər daxil olub. Döyülən digər uşaqlar hətta polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıblar.

Lakin mərkəzdə nə uşaqlara münasibət dəyişib, nə də müəllimlərə qarşı hər hansı tədbir görülüb.

Video yayılandan sonra Rusiya Federasiyasının İstintaq Komitəsində yoxlamalar başlanıb.

Gununsesi.org