Təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib

  • By admin
  • 11 Sentyabr 2019 11:39

Ötən müddət ərzində 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. 

Gununsesi.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onların dərs yükü norması 1,5 dəfə, əməkhaqları iki dəfə artırılıb:

 “Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə – 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb.

Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5000-dən müəllimin bu artımdan sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir”, – deyə nazir qeyd edib.

Gununsesi.org