DTX icra başçısını rüşvət alarkən – HƏBS ETDİ

  • By admin
  • 20 Fevral 2020 13:11

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala icra hakimiyyətinin binasına daxil olub.

Gununsesiaz.info Unikal.org-a istinadən xəbər verir ki, Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.

Qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev  Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

***

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

Gununsesiaz.info xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib.

***

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

***

Gununsesiaz.info xəbər verir ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.

Gununsesiaz.info