Təcavüzdə ittiham olunan şəxs günahı əkiz qardaşına atdı

  • By admin
  • 19 Fevral 2020 17:03

İngiltərədə təcavüzdə ittiham olunan kişi günahı əkiz qardaşına atmağa çalışıb.

Gununsesi.org bildirir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Hadisə Londonun Kolyers Vud parkında baş verib. Əlcəzairli 21 yaşlı Xalid Arqub bir qadını metro stansiyasının çıxışından etibarən izləməyə başlayıb. Parkda qadına hücum edən Arqub ona təcavüz etməyə cəhd göstərib. Lakin qadın ondan xilas olmağa müvəffəq olub və kömək çağırıb.

Kinqston Krallıq Məhkəməsi Arqubun qadına hücum etməsinin müşahidə kameralarına əks olunduğunu açıqlayıb. Həmçinin, qadının dırnaqlarında şübhəliyə aid DNT nümunəsi də aşkar olunub.

X.Arqub isə ifadəsində hadisə zamanı evdə yatdığını, qadına hücum edən şəxsin isə əkiz qardaşı ola biləcəyini bildirib. İşə baxan prokuror Şarlotta Nyuel isə məhkəməyə şübhəlinin qonşularına Böyük Britaniya ərazisində başqa qohumu olmadığını söylədiyini vurğulayıb.

Qeyd edək ki, X.Arqub üç seksual zorakılıq və iki təcavüz ittihamında şübhəli bilinir. Məhkəmə prosesi davam edir.

Gununsesi.org