TƏBİB: Qanda anticismin yoxlanılması üçün ölkəyə 10 minə yaxın test gətirilib

  • By admin
  • 18 İyun 2020 20:11

“Qanda anticismin yoxlanılması üçün ölkəyə 10 minə yaxın test gətirilib. COVID-19 pasportunun hazırlanması istiqamətində çalışmalar davam etdiriləcək”.

Gununsesi.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı vurğulayıb ki, virusla mübarizə üçün tələb olunan qaydalara düzgün əməl edilməlidir.

 

 

Gununsesi.org