TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı

  • By admin
  • 28 May 2020 22:46

Son sutka ərzində Azərbaycanda koronavirusla bağlı 4006 test edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata görə, bununla da ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-a çatıb.

Qeyd edək ki, bu gün Azərbaycanda 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.