Təbiət möcüzəsi sayılan parka giriş qadağan olundu

  • By admin
  • 02 Aprel 2020 11:15

ABŞ-ın Arizona ştatında yerləşən, dünyanın təbiət möcüzələrindən biri hesab olunan Böyük Kanyon milli parkına giriş qadağan edilib. Qadağa COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilib.

Gununsesi.org bildirir ki, TASS agentliyi xəbər verir ki, qərar ABŞ-ın Milli Park Xidmətinin saytında yerləşdirilib.

“Ziyarətçilərin, park əməkdaşlarının, könüllülərin, sakinlərin və əməkdaşlıq etdiyimiz qurumların təmsilçilərinin sağlamlığı və təhlükəsizliyi Böyük Kanyon milli parkının rəhbərliyi üçün əsas prioritetdir”.

Qeyd edək ki, Arizonada yerləşən Böyük Kanyon milli parkı turistlərin ən çox ziyarət etdiyi ərazilərdən biridir. Park YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Gununsesi.org