“Təcili yardım”a bu həftə günvurma şikayəti ilə 4 nəfər müraciət edib

“Təcili yardım”a bu həftə günvurma şikayəti ilə 4 nəfər müraciət edib

hava-1

İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 51 nəfər müraciət edib.

Gununsesi.info-nun məlumatına görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva APA-ya bildirib ki, dünən günvurma ilə bağlı 1 müraciət daxil olub.  İ. Əliyeva bildirib ki, ümumilikdə bu həftə ərzində 4 nəfər günvurma şikayəti ilə təcili tibbi yardıma müraciət edib.
Onun sözlərinə görə, günvurma ilə bağlı müraciət edən 51 nəfərdən 11-i uşaq olub: “Günvurma diaqnozu ilə müraciət edənlərdən 17 nəfəri xəstəxanaya yerləşdirilib ki, onlardan 4 nəfəri uşaqdır”.

Baş həkimin müavini qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.

Gununsesi.info

 

COMMENTS