Sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı YENİLİK

  • By admin
  • 06 May 2020 17:20

Sürücülük vəsiqələrinin etibarlılıq müddətini “myGov” portalında qeydiyyatdan keçməklə yoxlamaq mümkündür.

Gununsesi.org Elektron Hökumət Portalına istinadən xəbər verir ki, “myGov” portalında sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndərilir:

– sənədin vaxtına 60 gün qaldıqda

– sənədin vaxtına 30 gün qaldıqda

– sənədin vaxtına 10 gün qaldıqda

– sənədin vaxtı bitdikdə.

Gununsesi.org