Suriyada daha bir helikopter vuruldu: ölənlər var

  • By admin
  • 14 Fevral 2020 18:05

Suriyada Bəşşar Əsədə sadiq qüvvələrə məxsus helikopter vurulub.

Gununsesi.org “Anadolu”ya istinadla xəbər verir ki, hadisə Suriyanın Hələb şəhərində qeydə alınıb.

Bildirilib ki, “Mi-17” markalı helikopter zenit-raket kompleksi vasitəsilə vurulub, nəticədə iki nəfər ölüb.

Xatırladaq ki, bir neçə gün öncə müxalif qüvvələr Serakibdə rejimə məxsus daha bir helikopteri vurmuşdu.

Gununsesi.org