Sürətli çəki almağa səbəb olan vərdişlər açıqlandı

  • By admin
  • 14 Noyabr 2019 22:31
Türkiyəli mütəxəssislər insanların arıqlamalarına əngəl olan vərdişlərin siyahısını açıqlayıb. 
Gununsesi.org xəbər verir ki, mütəxəssislər sürətli arıqlamaq üçün tətbiq olunan pəhrizlərin və əldə olunan nəticələrin qorunması üçün tətbiq edilən pəhrizə davam etmək lazım olduğunu bildirib.
Yeməkləri tez çeynəməyin də  zərərli vərdiş olduğunu dilə gətirən mütəxəssislər “Yemək yedikdən sonra beynin doyma siqnalını ala bilməsi üçün ən az 20 dəqiqə zaman keçməlidir. Əgər yeməyi tez çeynəyirsinizsə, lazım olandan artıq yemiş olursunuz” deyərək insanları diqqətli olamağa çağırıb.
Artıq çəkidən qorunmaq üçün hər gün eyni saatda yemək yeməyi tövsiyə edən mütəxəssislər bu yolla əlavə qidalanmanın da qarşısının alındığını deyib.
Bundan başqa kompyuter və televizor qarşısında yemək yeməyin, yağlı və yüksək kalorili qidaların qəbulunun zərərli vərdişlərin sırasında yer aldığı bildirilib.
Gununsesi.org