Sürət həddi endirildi

  • By admin
  • 14 Fevral 2020 10:49

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   

Gununsesi.org xəbər verir ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.  Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

Gununsesi.org