“Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək” – Nazirlər Kabineti

  • By admin
  • 08 Aprel 2020 18:57

“Karantin rejimi üçün ayrılan tibb müəssisələrində mövcud süni tənəffüs çatışmazlığı aparatları və digər avadanlıqlar daim yoxlanılır”.

Gununsesi.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər hansı problem varsa dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır:

“Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa o zaman vəziyyət pisləşəcək. Çünki təcrübə göstərir ki, belə xəstələr daha çox ölür. Ağır halların baş verməməsi üçün qoyulan karantin qaydalarına ciddi əməl etmək lazımdır”.

TƏBİB sədri bildirib ki, 105 nəfər arasında 1 nəfər yaşlı qadın daha ağırdır: “Həmin qadın onkoloji xəstədir”.

Gununsesi.org