Sumqayıtda 20 gündür övladları ilə ac qalan qadına kömək edən tapıldı – VİDEO

  • By admin
  • 07 Aprel 2020 15:10

Sumqayıt Şəhər İcra Hakimiyyəti binasının qarşısında aksiya keçirən Aygün adlı xanım işsizlik səbəbindən evdə iki uşağının ac olmasını və atasının fiziki qüsurlu olduğunu söyləyib. Onun sözlərinə görə, bir neçə dəfə yerli icra hakimiyyətinə kömək üçün müraciət etmək istəsə də, icra hakimiyyətindən onu binadan içəri buraxmayıblar.

Gununsesi.org xəbər verir ki, bununla bağlı məsələ sosial şəbəkələrdə ciddi ictimai müzakirələrə səbəb olub. Tanınmış idmançı Kamil Zeynalov həmin xanımla görüşərək karantin rejiminin sonunadək onun ailəsinin ərzaq ehtiyacını qarşılayacağını öz öhdəsinə götürüb.

Son məlumatlara görə, artıq Kamil Zeynallı həmin xanımın evinə ərzaq ehtiyacı da aparıb. Xanım öz qeyd edib ki, günəmuzd çalşırmış. Ölkədə karntin rejimi elan edildikdən sonra ailə gəlirindən məhrum olub.