Sumqayıtda baş verən dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş - FOTOLAR

  • By admin
  • 26 May 2020 14:10
Sumqayıt şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində hərbi qulluqçular həlak olub.
Gununsesi.org-un xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.
Gununsesi.org