Sumqayıtda 3 yük maşını toqquşdu

  • By admin
  • 18 İyun 2016 13:41

kamaz qeza

 

Sumqayıtda yük maşınları toqquşub. Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 17-də saat 05 radələrində Sumqayıt şəhərində Zaqatala rayon sakini Ramazan Cumayev idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı iki avtomobilə vurub.

“KamAZ” markalı avtomobillərdən birinin sürücüsü – Şabran rayon sakini Əjdər Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.