Sumqayıt-Bakı qatarının elektrik naqillərini oğurlayanlar tutuldu

  • By admin
  • 12 Mart 2020 11:11

DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin və Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən, ümumi dəyəri 10 min manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqilləri oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar. 

Gununsesi.org bildirir ki, ununla bağlı DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Araşdırmalarla onların 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuşlar – 30 yaşlı Mövlan Quliyev və 28 yaşlı Ağasif Babayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə 2 min manata satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi oradan götürülüb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.org