Sükanı 6 yaşlı oğluna verən qadın həbs edildi

  • By admin
  • 19 Noyabr 2019 20:20

Tatarıstan sakini Aqina Altınbayevaya qarşı iki maddə üzrə cinayət işi açılıb.

Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb qadının saatda 130 kilometr sürətlə hərəkətdə olan avtomobilinin sükanını 6 yaşlı oğluna verməsidir.

Şübhəli şəxs qismində saxlanılan Aqina yol hərəkəti qaydalarını pozduğu üçün 35 min rubl cərimə də ödəyəcək.

 

Gununsesi.org