Sudanda qaçqın düşərgəsinə hücum olub, 9 nəfər ölüb, 18 nəfər yaralanıb

  • By admin
  • 14 İyul 2020 17:20

Sudanın qərbində yerləşən Şimali Darfur əyalətinə silahlı hücum nəticəsində azı 9 nəfər ölüb, 18 nəfər yaralanıb.

Gununsesi.org xəbər verir ki, məlumatı “Al-Sudani” qəzeti yayıb.

Silahlı dəstə əyalətin Kutum şəhərindən 16 km qərbdə yerləşən və doğma yurdlarından didərgin salınmış insanlar üçün nəzərdə tutulmuş düşərgəyə hücum edib. Terrorçular düşərgədə yanğın törədib, nəqliyyat vasitəsini qaçırıblar.

Qeyd edək ki, Sudanın qərbində yerləşən Darfur bölgəsində hakimiyyətlə silahlı qruplaşma arasında 2003-cü ildən münaqişə davam edir. Bu münaqişə nəticəsində 300-500 min nəfərin öldüyü, 2,5 mln nəfərin isə qaçqın düşdüyü bildirilib.

 

 

Gununsesi.org