Sudanda qəbilələrarası qarşıdurmada 26 nəfər ölüb, 19 nəfər yaralanıb

  • By admin
  • 14 May 2020 10:16

Sudanın cənub-qərbində yerləşən Cənubi Kordofan əyalətində baş verən qarşıdurmalarda azı 26 nəfər ölüb, 19 nəfər yaralanıb. 

Gununsesi.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin nümayəndəsi Abdullah əl-Bəşir “Al-Sudani” qəzetinə müsahibəsində bildirib.

Əl-Bəşirin sözlərinə görə, qarşıdurma Kaduqlı şəhərinin bazarında və yaxınlıqdakı kəndlərdə silah ticarəti və pulla bağlı mübahisə zəminində baş verib.

O, hadisənin araşdırılması üçün komissiya yaradılmasına çağırış edib.

Qeyd edək ki, ötən həftə Cənubi Darfurda mal-qara oğurluğu üstündə iki qəbilə arasında baş verən qarşıdurmada 30 nəfər həyatını itirmişdi.

 

 

Gununsesi.org