Şoyqunun təyyarəsi Bakıdan əvvəl Gümrüdə yerə enəcək

  • By admin
  • 28 Oktyabr 2019 22:29
Rusiyanın müdafiə naziri Sergey Şoyqu sabah oktyabrın 29-da Ermənistana səfər edəcək. 
Gununsesi.org xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında Şoyqunun təyyarəsi Gümrü aerportunda yerə enəcək. Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir.
Xəbər verilir ki, Rusiyanın müdafiə naziri 102-ci bazaya baş çəkəcək və erməni həmkarı David Tonoyanla görüşəcək. Şoyqunun səfərinin statusu açıqlanmır.
Oktyabrın 30-da isə Rusiyanın müdafiə naziri MDB ölkələrinin müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Bakıya səfər edəcək. Həmin toplantıda Ermənistan iştirak etmir.
Gununsesi.org