Şou-biznes nümayəndələrinin bahalaşmaya yanaşması: "BİZ DƏ TOY QİYMƏTLƏRİNİ QALDIRACAĞIQ" (SORĞU)

  • By admin
  • 08 Dekabr 2016 16:53

698060eea9bf1047d865145a07469a8a

Son günlər ölkədə baş verən qiymət artımı ilə bağlı bir çox narazıçılıqlar olsa da aldığımız sorğunu nəticəsində məlum oldu ki, bu  musiqiçilərə bir o qədər təsir etməyib.

Gununsesi.info tanınmış müğənnilər arasında bahalaşma ilə bağlı sorğu keçirdib:

telli

Telli Borçalı: “Dövlət əgər bu qiyməti qoyubsa belə də olacaq. Mən durub etiraz etsəm heçnə dəyişməyəcək. Deyə bilmərəm ki, niyə belə oldu? Özümə qalanda isə heç bir qiyməti artırmamışam eyni qiymət müqabilində çıxışlar edirəm.

Qiymətlərlə razılaşırsınızmı?

Razılaşmasam nə olacaq? Nə almışamsa yenə də almağa davam etməliyəm başqa cür mümkün deyil. 2-3 nəfərlə heçnə olmuyacaq.”

elariz

Elariz Məmmədoğlu isə sualımıza təəccübləndirici sualla cavab verdi.

Elariz Məmmədoğlu: “ Nəsə bahalaşıb ki? xəbərim yoxdu. Belə şeylərlə evdəkilər məşğul olur mən qarışmıram.

Sizin üçün qiymət artımı narahatçılıq yaratmır?

Belə görünür yox.”

roza

Roza Zərgərli : “İnanın  bahalaşma barədə düşünməyə hələ vaxtımız olmayıb. O qədər işim var ki, hələ ki, bu barədə düşünməmişəm. Ayın sonunda qiymət talonları gələndə xəbərim olacaq. Amma hər halda bahalaşıbsa verəcəyik. Tək əldən səs çıxmır dəstək olsa nəsə etmək olar. Dekabrın sonunda fikirləşəcəm. Çox qalxsa gərək biz də toyların qiymətini qaldıraq.”

metanet

Mətanər Əsədova:”Mən bu barədə heç nəyə cavab verəmək istəmirəm.  Nəsə qalxıbsa heç kimi qane etmədiyi kimi məni də qane etmir. Mən də bu xalqın bir üzvüyəm.

Toy qiymətlərini artırmısınız?

Toy var ki, artım da edək? Azdı yox səviyyəsindədir.”

manaf

Manaf Ağayev: “ Dövlət artırıbsa ayaqlaşmalıyıq. Məni qane edir. Toy qiymətin gəldikdə isə heç bir artım olmayıb əvvəl hansı qiymətə ifa edirdiksə indi də elədir. ”

Gununsesi.info