SON DƏQİQƏ: Səudiyyə Ərəbistanı şahzadələri koronavirusa yoluxdu

  • By admin
  • 09 Aprel 2020 11:26

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.

Gununsesi.org  xəbər verir ki, məlumatı “CNN Türk” “Nyu-York Taymz”-a istinadən yayıb.

Bildirilib ki, kral ailəsindən olan minlərlə şahzadə Avropaya səyahət edir. Onların virusa Avropada yoluxduqları ehtimal olunur.

84 yaşlı kral Salman bin-Əbdüləzizin Qırmızı dəniz sahillərində yerləşən Ciddə şəhərinə yaxın bir adadakı sarayda özünütəcrid şəraitində yaşadığı bildirilib.

Şahzadə vəliəhd Məhəmməd bin-Salmanın isə bir neçə nazirlə birlikdə sarayda olduqlarına dair xəbər yayılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 2 795 yoluxma, 41 ölüm faktı qeydə alınıb.