ŞOK: Rusiya ziyalıları Putinə qarşı çıxdı – Konstitusiyaya dəyişiklik istəmirlər

  • By admin
  • 16 Mart 2020 15:21

Rusiyadan olan vəkillər, alimlər, jurnalistlər və yazıçılar millət vəkillərinə, siyasətçilərə, ictimai xadimlərə və Konstitusiya Məhkəməsinin hakimlərinə açıq məktub göndəriblər.

Gununsesi.org xəbər verir ki, müvafiq müraciət “Exo Moskvı” radiosunun saytında yerləşdirilib.

Məktub müəllifləri Konstitusiyaya edilən dəyişikliklərə qarşı çıxıblar. Mətn 357 nəfər tərəfindən imzalanıb. Onların arasında “Levada Mərkəzi”nin direktoru Lev Qudkovun, TV aparıcısı Tatyana Lazarevanın, jurnalist Leonid Parfyonovun, yazıçı Lev Rubinşteynin adları var.

Onların fikrincə, Rusiyaya “dərin konstitusiya böhranı” çöküb və bu da qanunsuz anti-konstitusiya çevrilişi ilə nəticələnə bilər.

Müəlliflər prezident müddətinə ediləcək düzəlişləri qəbuledilməz hesab edirlər.

“Bu normalar qanun qarşısında bərabərlik prinsipini və fərdi hüquq və azadlıqların təminatını pozur, federalizm prinsiplərinə, hakimiyyət bölgüsü prinsiplərinə, məhkəmə hakimiyyətinin müstəqilliyinə və yerli özünüidarəetmə muxtariyyətinə ziddir” deyə yazıblar.

Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsində rus dilində, sosial təminatların konsolidasiyası, əsas qanunun beynəlxalq müqavilələrdən üstünlüyü barədə müddəa yer alıb. Bundan əlavə, yenilənmiş Konstitusiya parlamentin səlahiyyətlərini genişləndirəcək, vəzifəli şəxslərə məhdudiyyətlər qoyacaq və bir nəfər üçün mümkün prezident müddətlərinin sayını məhdudlaşdıracaq. Bununla yanaşı, deputat Valentina Tereşkova tərəfindən təklif olunan dəyişikliyə əsasən isə hazırkı prezident keçmiş müddətinə baxmayaraq yenidən bu vəzifəyə namizəd ola bilər.

Gununsesi.org