SOCAR-in aktivləri  4 dəfədən çox artıb - Rövnəq Abdullayev

  • By admin
  • 24 Oktyabr 2016 13:06

rovneq

İndiyədək ölkənin neft-qaz sektoruna 68,2 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb.

Gununsesi.info xəbər verir ki,bu haqda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 mlrd. manatdan təqribən 40 milyard manata çatıb. Onun sözlərinə görə, son 7 ildə faiz, vergi və amartizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib”.

Qeyd edək ki, ARDNŞ ilə “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq sazişi imzalanıb.

SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan Rövnəq Abdullayev qeyd edib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Əməkdaşlıq Sazişi başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur.

Vüsalə Rüstəmova

Gununsesi.info