Sobanı yandırmaq istədi, özü alov aldı - VİDEO

  • By admin
  • 02 Dekabr 2019 16:09

Türkiyənin Uşak şəhərində fəhlə iş vaxtı ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alıb.

Dəmir doğrama sexində işləyən 36 yaşlı Fateh Gündoğan soba partlaması nəticəsində alışaraq yanıb.

Çarəsiz halda sexdən çıxan Fatehin üzərindəki alovu iş yoldaşları söndürüb.

Əlləri və bədəninin müəyyən hissələrinin 70 faizi yanan fəhlə xəstəxanaya yerləşdirilib.

Onun həyati təhlükəsi davam edir.

“CNNTürk”ün xəbərinə görə, polislər hadisənin təfərrüatını araşdırır.