Şirvan Milli Parkın 8 hektar ərazisi yanıb

  • By admin
  • 16 Avqust 2016 12:47

yangin

 

15 avqust 2016-cı il tarixində gecə saat 22:00 radələrində Salyan rayonunun Dağüstü kəndinin inzibati ərazisində baş verən yanğın güclü küləyin olması səbəbindən Şirvan Milli Parkının ərazisinə keçib.

Gununsesi.info xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının qarşısının alınması üçün əsasən əl əməyindən, həmçinin müvafiq texniki vasitələrdən istifadə olunaraq saat 23:00radələrində tamamilə söndürülüb. Yanğın nəticəsində Milli Parkın təxminən 8 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Gununsesi.info