“Sinəsi açıq, orası-burası cırıq qızlar efirdən düşmürlər” — Xalq artisti

“Sinəsi açıq, orası-burası cırıq qızlar efirdən düşmürlər” — Xalq artisti

“Tamaşaçıların yerli telekanalları tənqid etməsində təəccüblü, qeyri-adi heç nə yoxdur. Televiziyalarımız maarifçilik işiylə məşğul olmur, mənəvi dəyərlərimizi layiqincə təbliğ edə bilmirlər”.
Bu sözləri Yenisabah.az saytına açıqlamasında xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Şeyx Əbdül bildirib ki, efirlərdə dayaz mövzular müzakirə olunur: “Kök, sinəsi açıq, orası-burası cırıq qızlar efirdən düşmürlər. Çoxu da xarici dildə oxuyur, nə dediklərini də başa düşmək olmur. Oxumaqdan çox özlərini, bədənlərini nümayiş etdirirlər. Bu adamlarla bağlı ölçü götürmək lazımdır”.

Gununsesi.org

COMMENTS