Sifariş olunan hamburgerin içindən metal çubuq çıxdı

  • By admin
  • 17 Fevral 2020 19:33
Avstraliyada bir qadının sifariş etdiyi hamburgerin içindən metal çubuq çıxıb. 
Gununsesi.org xəbər verir ki, “McDonald’s”ın Avstraliyadaki bir şöbəsinə gedən qadın özü və oğlu üçün toyuq burgeri sifariş verib. Sifarişdən sonra paketi götürüb evə gedən qadın hamburgerdən bir dişlək aldıqdan sonra böyük şok yaşayıb.
Hamburgerin içində sərt bir cisim olduğunu hiss edən qadın çörəyin içində metal bir çubuq olduğunu görüb. Baş verən hadisədən sonra hamburgerin şəklini sosial mediada paylaşan qadın “Baxın burgerin içindən nə çıxdı. Az qala dişimi qıracaqdı. 3 yaşlı oğluma da almışdım. Tanrıya şükür ki, ona verməmişdim” deyib.
Qeyd edək ki, sözügedən qadın burgeri aldığı restorana geri qaytardığını, rəhbərliyin ondan üzr istəyərək yeni burger təklif etdiyini söyləyib.
Gununsesi.org