Sevgilisi ilə çimərliyə gedən 22 yaşlı qız dənizdə batdı – FOTO

  • By admin
  • 25 May 2020 14:43

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin ləğv edildiyi Şimali Kipr Türk Cümhuriyyətində üzmək üçün dənizə gedən iki tələbə geri qayıtmayıblar.

Gununsesi.org  publika.az-a istinadla xəbər verir ki, universitet məzunları olan 22 yaşlı Gözde Nur Binbirin və 27 yaşlı Mehmet Ceyhanın dənizdə batdığı məlum olub.

Sahil Təhlükəsizlik Qüvvələri Gözdənin cəsədini tapa biliblər. Mehmetin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org