Sevda Yəhyayeva arzuladığı oğlandan danışdı: “”Rolls-Royce”u olmaya bilər”

  • By admin
  • 20 Fevral 2020 16:26

Müğənni Sevda Yahyayeva “Hər şey daxil” verilişinin qonağı olub.

Gununsesiaz.info axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı-prodüser Tarix Əliyev (Tolik) ona yenə də şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb.

“Sevda öz adını qoruyur. Elə xasiyyəti yoxdur ki, başqa müğənnilər kimi hərəkətlər etsin. Sevda, nə vaxt tərpənirsən? Ağ atlı, yoxsa ağ “Rolls-Royce”lu oğlan gözləyirsən” sözlərinə sənətçi belə reaksiya verib:

“Hərəkətdəyəm… Yaxşı insan gözləyirəm. Onun atı da, “Rolls-Royce”da olmaya bilər. Əsas odur ki, düşüncəsi, ağlı, insanlığı olsun. 2020 cüt rəqəmdir, gözləyirəm. Amma hələ həyatımda heç kim yoxdur”.

Gununsesiaz.info