Serj Sarqsyanı təyin etdiyi hakim mühakimə edəcək

  • By admin
  • 21 Fevral 2020 13:05

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanla bağlı cinayət işinə baxmalı olan hakim Vaqe Misakyan bundan imtina edə bilər.

Gununsesiaz.info bildirir ki , bu barədə “Joxovurd” məlumat yayıb.

V.Misakyan 2017-ci ilin noyabrında S.Sarqsyanın göstərişi ilə hakim təyin olunub.

O, məhkəmə işi ilə bağlı hər hansı bir təzyiqlə üzləşmədiyini açıqlayıb.

“Məni qorxutmayıblar və qorxutmurlar. Mən qorxan insan deyiləm”, – deyə hakim bildirib.

Gununsesiaz.info