Sergey Lavorov: “ABŞ-la Rusiya tezliklə təmas quracaq”

  • By admin
  • 12 May 2020 17:43

“Moskva ilə Vaşinqton tezliklə bir sıra məsələlər, o cümlədən strateji sabitlik üzrə təmasda olacaqlar”.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavorov MDB XİN başçılarının onlayn-iclasında bildirib.

Onun sözlərinə görə, qlobal təhlükəsizlik və başqa mövzularla bağlı bir neçə təmas olub: “Bu məsələlər İkinci dünya müharibəsi zamanındakı kimi həll edilsə, ziyanı olmayacaq”.

Gununsesi.org