“Separatçıların lideri və onun arxasındakı güclər əsl simalarını ortaya qoyurlar…” - Politoloq

  • By admin
  • 25 Oktyabr 2016 15:42

Elxan Shahinoglu

“Minsk qrupu həmsədrləri ilə görüşdə Dağlıq Qarabağ separatçılarının lderi Bako Saakyan onlara az qala yalvarıb: “Atəşkəs rejiminin qorunmasının və pozuntuların aşkarlanmasının mexanizmləri hazılanmalıdır. Bu mexanizmlər sülh prosesinin əsas komponentidir”. Yəni, bu sözlərlə separatçıların lideri və onun arxasındakı güclər əsl simalarını ortaya qoyurlar”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, bunlar münaqişənin həllində maraqlı deyil, sadəcə,  status-kvonun uzanmasına şərait yaradan atəşkəsin ömürlük olmasını istəyirlər.

“Həmsədrlər də atəşkəsin uzun ömürlü olmasında, ATƏT-in monitorinq qrupunun genişlənməsində maraqlıdırlar. Göründüyü kimi, həmsədrlərlə separatçıların istəkləri üst-üstə düşür. Yanaşmaları belədir: “Münaqişənin hazırki mərhələdə həlli mümkün deyil, ona görə də atəşkəsi (işğalı) uzatmalıyıq” – deyə, politoloq sözlərinə əlavə edib.

Gununsesi.info