Seçki saxtakarlqları haqqında film çəkildi – Ölkə başçısına göndərildi VİDEO

  • By admin
  • 15 Fevral 2020 10:45

9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına ünvanlanmış şikayətlərin təmin edilməsi seçki islahatlarına ümidləri artırmaqdadır. MSK-nın son qərarı ilə bir neçə dairədə nəticələrin ləğv edilməsi, eləcə də bir sıra seçki dairələri üzrə araşdırmaların davam etdirilməsi nəticələrin obyektivliyi və ədalətin bərqərar olunması baxımından önəmlidir.

On minlərlə sosial şəbəkə istifadəçiləri tərəfindən nəticələrinin ləğv edilməsi istənilən dairələrdən biri də 110 saylı Zaqatala seçki dairəsidir. Qeyd edək ki, Zaqatala seçkilərinin favoriti Fariz Həsənli olsa və 9 minə yaxın səs yığsa da, bu dairədən Elşən Musayev qalib elan edilib.

Xatırladaq ki, Elşən Musayev təbliğat-təşviqat mərhələsində seçicilərin sualları qarşısında aciz qalaraq görüşdən qaçması ilə yadda qalmışdı.

İlkin nəticələrin elan olunmasından sonra namizəd Fariz Həsənli ilə yanaşı, bu dairədən olan digər namizəd Nurlana Cəlilin də seçkinin nəticəsindən narazı olması barədə müraciətini bildirmişdir. O da öz növbəsində qeyd etmişdir ki, seçki müddətində Elşən Musayevin trollarının hücumuna məruz qalıb

110 saylı Zaqatala seçki dairəsinin real favoriti hesab edilən Fariz Həsənli seçki öncəsi və seçki günü ona edilən qanunsuzluqlardan bəhs edən 136 videonu bir araya gətirərək şikayətini MSK-ya, o cümlədən ölkə rəhbərliyinə, Ombudsmana və DTX-ya təqdim edib.

Sosial şəbəkə izləyiciləri Zaqatala seçkilərində Elşən Musayevin üçün təşkil edilən qanunsuz əməllərdən bəhs edən film hazırlayıb. FilmiSizə təqdim edirik:

 

 

Gununsesi.org