Saxta spirtli içkilər satan şəxs tutuldu

  • By admin
  • 18 Yanvar 2020 14:28

Şəkidə saxta spirtli içkilər satan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.org-a  verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən üç kafedən ümumilikdə 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilib.

Gununsesi.org