Salyanda narkotik maddələr  məhv edildi

  • By admin
  • 28 Noyabr 2016 21:28

narkotik-polis

 

Salyanda narkotik tərkibli maddələr yandırılma üsulu ilə məhv edilib.

“Report”un Aran bürosu xəbər verir ki, narkotiklərin yandırılması prosesi hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Salyan rayon Polis şöbəsində həyata keçirilib.

Məhkəmənin hökmü ilə müsadirə edilmiş 30,49 qram narkotik tərkibli vasitə olan tiryək, 48,32 qram marixuana, 2,14 qram çətənə kolu, 8,55 qram həşiş qətranı zərərsizləşdirilib.

Gununsesi.info