Salyanda 52 yaşlı kişinin meyiti tapılıb

  • By admin
  • 19 Yanvar 2020 17:08

Salyan rayonunda kişi meyiti tapılıb.

Gununsesi.org xəbər verir ki, hadisə rayonun Plastik yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivdə Kür daşqınları zamanı zərərçəkmişlər üçün yeni tikilən evlərdən birinin arasında, 1968-ci il təvəllüdlü Fələkzadə Fələk Sənan oğlunun meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org