Salyanda 27 yaşlı qadın dəm qazının qurbanı oldu

  • By admin
  • 19 Noyabr 2019 21:05

Salyan rayon sakini dəm qazından boğularaq ölüb.

Gununsesi.org-un qafqazinfo.az-a istinadən məlumatına görə, hadisə rayonun Tale Davudzadə küçəsində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini, 1992-ci təvəllüdlü Bədəlova Zəkirə yaşadığı evin hamamında dəm qazında boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org