Dünya tarixində görünməmiş məbləğdə iddia: 867 trilyon dollarlıq tələb - FOTOLAR

  • By admin
  • 14 Fevral 2020 11:48

Amerikanın tanınmış rahibi, keçmiş futbol məşqçisi Dave Daubenmire “Super Bowl”un təşkilatçılarını məhkəməyə verib.

Gununsesi.org-un xəbər verir ki, o, Cennifer Lopezin striptiz şousunun, eləcə də Şakiranın oriyental rəqsinin TV qaydalarına uyğun olmadığını, dəyərlərə qarşı çıxıldığını bildirib:

“Bu şounu izləməyimiz barədə bizə öncədən xəbər verilmədi. Televizorda bütün cinsi bölgələr nümayiş etdirildi. Dini dəyərlərə zidd bir haldır”.

Daubenmire təşkilatçılardan 867 trilyon dollar təzminat alacağını qeyd edib.